AZ

Rusiyada yenə səfərbərlik olacaq? - Kremldən cavab

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyada yeni səfərbərliyin müzakirə olunub-olunmaması ilə bağlı suala mənfi cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, o, TASS-a bu barədə Şərq İqtisadi Forumunda bildirib.

"Belə müzakirələr yoxdur", - sözçü qeyd edib.

Rusiyada qismən səfərbərlik 2022-ci ilin sentyabr və oktyabr aylarında olub. Müdafiə Nazirliyinin məlumatına görə, bu müddət ərzində 300 mindən çox insan hərbi xidmətə çağırılıb. 2023-cü ildə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin verdiyi məlumata görə, müqavilə əsasında 500 min nəfər Rusiya Federasiyası Silahlı Qüvvələrinə qəbul edilib.

2024-cü ilin birinci yarısında 190 min insan müqavilə imzalayıb. Vladimir Putin iyunun ortalarında hərbi əməliyyat zonasında 700 minə yaxın Rusiya hərbçisinin olduğunu bildirib.

Seçilən
217
1
bakivaxti.az

10Mənbələr