AZ

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun Ərəbqardaşbəyli kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib.  

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və şəhid Süleymanov Seymur Əvəzağa oğlunun büstü önünə gül dəstələri düzülüb, ruhu ehtiramla yad olunub.

Cəngan kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Ərəbqardaşbəyli kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər  “Azərbaycanın beynəlxalq müstəvidə müsbət imici davamlı olaraq artmaqdadır”  mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və Azərbaycanın dünya dövlətləri arasında söz haqqından, hazırki siyasi vəziyyətdən danışıblar.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  çıxış edərək bildirib ki,  Azərbaycan cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, düzgün siyasi qərarları nəticəsində Qafqazda həmçinin dünya ölkələri arasında xüsusi yeri olduğunu vurğulayıb və dünya liderlərinin Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə olan rəğbətləri haqqında görüş iştirakçılarını məlumatlandırıb. RİH-in başçısı möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Seçilən
153
50
unikal.az

7Mənbələr