AZ

Köhnə binalarda yaşayanlar kompensasiyanı belə alacaq

Bu gün, 19:38



Paytaxtın bir çox ərazilərində yerləşən köhnə tikililərin aşağı mərtəbələrində zamanla inşa edilmiş artırmalar mövcuddur. Son illər belə tikintilərin qarşısı alınsa da, vaxtilə tikilmiş əlavə yaşayış yerlərinin sayı kifayət qədər çoxdur.Köhnə tikili binaların söküntüsünün intensivləşdiyi bir vaxtda, bu mövzu da yenidən aktuallıq qazanıb. Bir çox vətəndaş söküntüləri həyata keçirən tikinti şirkətlərindən əlavə artırmaların da hesablanmasını tələb edir.AvroMedia.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenisabah.az-a bildirib ki, mənzil sahiblərinin həmin artırmalar üzərində istifadə hüququ var:“Köhnə tikili binalara əlavə artırmaların olunması qadağan olunmalıdır. Çünki köhnə tikili binaların əksəriyyəti artıq istismar müddətini bitirib və bir qismi qəzalı vəziyyətdədir. Onlara olunan hansısa konstruksiya dəyişikliyi tikilini daha da qəzalı vəziyyətə gətirib çıxarır. Amma əksər binalarda vaxtında çox böyük artırmalar olub. Vətəndaşlara bununla bağlı rəsmi formada hər hansı icazə verilməsə də, qeyri-qanuni olaraq hansısa icazələr verilib ki, onlar da bunu tikib. Belə olan halda əmlak sahibinin istifadə hüququ yaranıb”.Ekspertin fikrincə, plana düşmə və söküntü zamanı artırmalar da hesaba alınmalıdır:“Biz bu gün sökülməkdə olan ərazilərə baxsaq, tikinti şirkətləri əmlakın çıxarış olmasa belə, sakinləri nəzərə alıb evlə təmin edir. Təbii ki, hər hansı bir şirkət köhnə binanı sökmədən əvvəl orada monitorinq aparır və mənzillərin sayını, əlavə artırmaları və qeyri-yaşayış obyektlərinin hesabatını çıxarır. Daha sonra bununla bağlı müvafiq icazəni alır və işə başlayır. Vətəndaş hər hansısa artırma edibsə və tikinti işi aparıbsa, təbii olaraq ora müəyyən qədər xərc çəkib. Orada yaşadığından istifadə hüququ formalaşdığına görə onun bu artırması da nəzərə alınmalıdır”.скачать dle 12.1

Seçilən
3
avromedia.az

1Mənbələr