Vaşinqton, 6 sentyabr, AZƏRTAC
“Prezident seçilsəm hökumətin effektivliyi komissiyasını yaradacağam”.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Nyu-York İqtisadi Klubunda çıxışı zamanı bildirib. O, milyarder İlon Maskı komissiyanın rəhbəri təyin edəcəyini açıqlayıb. Tramp Maskın quruma rəhbərlik etməyə razılıq verdiyini də deyib. Prezidentliyə namizəd komissiyanın necə fəaliyyət göstərəcəyi barədə ətraflı məlumat verməsə də, yaradılandan sonra altı ay ərzində fırıldaqçılıq və düzgün olmayan ödənişləri aradan qaldırmaq üçün plan hazırlayacağını bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
- Prezident
- Abş
- Mask
- Donald Trump
- Vaşinqton
- Prezident Seçkisi
- Donald Tramp
- Hökumət
- Nyu-York
- Siyasi
- Vəzifə
- Rəhbərlik
- Prezidentlik
- Prezidentliyə Namizəd
- Tramp
- Respublikaçılar Partiyası
- Komissiya
- Elon Musk
- Prezident Seçilməsi
- Effektivlik
- Abd
- Trump
- Effektivliyi
- Cumhuriyetçi Parti
- Komisyon
- İlon Mask
- Effektivliyi Komissiyası
- Ny-York Iqtisadi Klubu
- Illon Musk
- New York Economics Club
- Prezident Seçimi
- Iqtisadi Klubu
- Effektivlik Komissiyası