AZ

İranın Azərbaycan əyalətindəki Urmiya gölü qırmızı rəngə bələnib

İranın Azərbaycan əyalətindəki Urmiya gölü qırmızı rəngə bələnib

Şərqi Azərbaycan əyalətindəki gölün qırmızı rəng alması, eksepertlərin fikrincə insanlar üçün təhlükəli deyil.

Yerli media yazır ki, gölün suyu bir neçə ildir qızarır və bu, turistlərin marağına səbəb olub.

Mütəxəssislər deyirlər ki, bu hadisə ekoloji dəyişikliklə bağlıdır.

Sitat, “Yüksək temperatur və Urmiya gölünün buxarlanması duzsevər bakteriyaların aktivliyini artırıb və nəticədə gölün rəngi dəyişib”, Şərqi Azərbaycan əyaləti rəsmisi bildirib.

Urmiya gölündə suyun quruması bir neçə ildir ki, təbiətsevərləri və mütəxəssisləri narahat edir, bununla bağlı müxtəlif kampaniyalar həyata keçirilir.

Videoya YouTube kanalımızda baxın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
bbc.com

1Mənbələr