AZ

Naxçıvanda Hemodializ Mərkəzi  yaradılıb

Naxçıvanda Naxçıvanda Hemodializ Mərkəzi

“Naxçıvan Muxtar Respublikasının Hemodializ Mərkəzi” yaradılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən E-saglam.az -a verilən məlumata görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə terminal mərhələsi diaqnozu ilə hemodializ müalicəsi tətbiq olunur.

Qeyd olunub ki, son vaxtlar bu xəstəliyə düçar olanların arasında kiçikyaşlı uşaqların da sayı artmaqdadır. Hemodializ xidmətinin yenidən təşkili adekvat səviyyəli personalla komplektləşdirmə, dializ parametrlərinin düzgün təyin olunması göstərilən tibbi xidmətin keyfiyyətini artırmaqla yanaşı, mövcud sahədə əziyyət çəkən vətəndaşlarımızın keyfiyyətli tibbi xidmətlərdən faydalanmasına şərait yaradacaq.

Həmçinin mərkəzin yenidən qurulması və təmir olunması ilə yanaşı, pasiyentlərə uzun seanslarda keyfiyyətli xidmət göstərmək üçün qurğuya inteqrasiya olunmuş Wi-Fi və qulaqcıq girişli HD keyfiyyətli TV-si olan 47 ədəd 3 idarəetmə mühərrikli hemodializ kresloları, tibbi və texniki xüsusiyyətlərə malik ən son texnologiyaya uyğun istehsal olunmuş 33 ədəd hemodializ cihazları ilə təmin olunması üçün satınalma prosesləri davam etməkdədir.

E-saglam.az 

Seçilən
82
6
e-saglam.az

10Mənbələr