AZ

Agentlik: Ölkə üzrə l siniflərə 130 min 763 nəfər, məktəbəhazırlıq qruplarına isə 84 min 367 nəfər uşaq qəbul olunub

Agentlik: Ölkə üzrə l siniflərə 130 min 763 nəfər, məktəbəhazırlıq qruplarına isə 84 min 367 nəfər uşaq qəbul olunub

2024-2025-ci tədris ili üzrə Azərbaycanda l siniflərə 130 min 763 nəfər, məktəbəhazırlıq qruplarına isə 84 min 367 nəfər uşaq qəbul olunub.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesinin sona çatmasına az qalıb.

Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq agentlik bildirir ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.

Qeydiyyat prosesi sentyabrın 13-ü saat 18:00-dək davam edəcək.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
49
ilk.az

10Mənbələr