AZ

Bakıda bu yollar 5 saatlıq bağlanacaq

7 Sentyabr saat 22:00-dan 8 sentyabr saat 03:00 – dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçiriləcəkdir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə məlumat yayıb.

Bu məqsədlə Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcəkdir.

Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcəkdir.

Seçilən
182
50
banker.az

10Mənbələr