DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, sentyabrın 7-də saat 02 radələrində Ali Mamedov idarə etdiyi "Vaz 21074" markalı avtomobillə Masallı rayonunun Şıxlar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobildə olan rayonun Ərkivan qəsəbə sakinləri - 13 yaşlı sərnişin aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, sürücü isə müxtəlif bədən xəsarətləri alıb. Qəza ilə bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta