AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə təşkil olunan "Playmakers" layihəsinə cəlb olunan məşqçi-müəllimlər üçün seminar keçirilib. Matc.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində baş tutan seminara 25 məşqçi-müəllim qatılıb. "Playmakers" layihəsinin təlimatçıları Gülyana Özcan və Ofeliya Qafarova tərəfindən keçirilən seminarda iştirakçılara layihə haqqında ümumi məlumat verilib. Qeyd edək ki, seminar nəzəri və praktiki hissələrdən ibarət olmaqla keçirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta