Masallının 3 yaşayış məntəqəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Masallı rayon ərazisində yerləşən “Alvadı” QPS-dən qidalanan qaz xəttlərinin kipliyə yoxlanılması üçün Binə Xocavar, Çaxırlı və Şərəfə kəndləri olmaqla ümumilikdə 2100 abonentin qaz təchizatının 10 sentyabr saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Həmçinin 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına əsasən Astara rayon Ərçivan qəsəbəsində ŞQTM-500 markalı tənzimləyicinin və siyirtmənin quraşdırılması ilə əlaqədar Ərçivan qəsəbəsində ümumilikdə 320 abonentin qaz təchizatının 9 sentyabr saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir. (Report)