AZ

Şabranda cüdo üzrə kütləvi idman tədbiri

Şabran şəhəri Lokomotiv idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo idman növü üzrə kütləvi idman tədbiri keçirilmişdir.

Rekord.az xəbər verir ki, idman tədbirində Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Vüsal Alışov, idarənin nəzdində fəaliyyət göstərən UGİM-in məşqçi-müəllimi, cüdo üzrə respublikanın əməkdar məşqçisi Asif Abdullayev və 36 nəfər yeniyetmə idmançı iştirak etmişdir.

Uşaq və yenyetmələrin cüdo idman növünə marağının artırılması, onların bu idman növünün sirlərini dərindən mənimsəməsi, rayonda idmanın kütləviliyinə nail olunması və sağlam həyat tərzinin təbliği məqsədilə keçirilmiş idman tədbirində idmançılara cüdo idman növünün xüsusiyyətləri və qaydaları barədə ətraflı məlumat verilərək nümunələr göstərilmişdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
2
rekord.az

3Mənbələr