AZ

Cənab Prezidentimizə belə YALAN danışan Zakir Fərəcov - Sahibkarların pulunu mənimsəyərək, vermir - ŞOK FAKTLAR

İlham Əliyev: “Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz...”Bu gün qanunsuz əməllərin sahiblərindən biri də Zakir Fərəcovdur. Onun hansı şəhərin “meri” olduğu hər kəsə məlumdur. “Hörmətli mer” bir qrup sahibkarı sözün əsl mənasında süründürür. Cənab Prezident İlham Əliyevin sahibkarlara bu qədər şərait yaratdığı dövrdə hansısa icra başçısının bu əməlinə nə ad vermək olar? Artıq uzun müddətdir ki, bir qrup sahibkar müxtəlif media orqanları və dövlət qurumlarına Zakir Fərəcovdan şəhərin abadlaşması üçün gördükləri işlərin pulunu ala bilməməklə bağlı şikayətlər ünvanlayırlar. Amma İcra Hakimiyyətinin başçısı iş adamlarına heç bir borclarının olmadığını iddia edir. İddialara görə, icra başçısı pulunu tələb edən sahibkar və fəhlələri təhdid edib, onları polis və prokurorla qorxudaraq, həbs etdirəcəyini söyləyib.Bəs görəsən heç bir borcunun olmadığını iddia edən Fərəcov nəyə görə, əsas gətirmir və ya gətirə bilmir? Dəlil olmayan yerdə onu ortaya qoymaq mümkün deyil. Fərəcov tərəfindən aldadılan sahibkarlar gördükləri işin müqabilində pullarını ala bilmədiyini deyir. Əksinə Z.Fərəcov şəxsi söhbətlərində sahibkarlardan zəmanət məktubu istəyir və bu məktub olmazsa işdən çıxarılacağını bildirir.Yarım ilin içində 5 icra başçısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Onların nəyə görə həbs olunduğu heç kəsə sirr deyil. Köhnə həmkarlarının aqibətini gözünün önünə gətirməyən və ibrət almayan hazırki başçılar eyni taleyi bölüşəcəklər.Sahibkarlar bildirilər ki, əgər Fərəcov borcu veribsə, çox gözəl o zaman bir dənə bank sənədi vəya həmin ödənişin çekini göstərsin. Bu qədər pulu əldən-ələ vermək olmur, ancaq bank yolu ilə ödəyə bilər. O zaman da həmin ödənişin sənədini göstərməlidir ki, ödənilib. Amma göstərə bilmir. Aldatma yolu ilə zəmanət məktubu əldə olunub. Əlində sübutu varsa, hərhansı bankın sənədi varsa göstərsin. Həm Prezidentimizi aldadır, həm də ÖZÜNÜ. Cənab Prezident və xanım vitse-prezident, bu məsələdə tək ümid yerimiz Sizsiniz. Biz halal zəhmətimizin haqqını istəyirik!”, - deyə sahibkarlar qeyd edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
8
patriot.az

10Mənbələr