AZ

İtaliyada nəqliyyat işçiləri tətil edirlər

İtaliyada nəqliyyat işçiləri tətil edirlər

İtaliyada yerli ictimai nəqliyyatda 8 saatlıq milli tətil elan olunub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Həmkarlar İttifaqları tərəfindən qəbul olunan qərara əsasən, Turin və Palermo istisna olmaqla ölkədə bütün ictimai nəqliyyat növləri üzrə işçilər tətil edirlər.

Buna səbəb kimi işçilərin milli kollektiv müqaviləsinin yenilənməməsi, əməkhaqqının və iş şəraitinin qaneedici olmaması göstərilir.

Tətil paytaxt Romada, eləcə də Milan, Neapol, Genuya, Florensiya, Boloniya və Bari kimi böyük şəhərlərdə nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.

Nihad Budaqov

Roma

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
ilk.az

1Mənbələr