AZ

Azərbaycanlı rejissorun ekran əsəri Kazan Film Festivalında iştirak edir

Azərbaycanlı rejissorun ekran əsəri Kazan Film Festivalında iştirak edir

Rejissor Əli-Səttar Quliyevin “Stadionlar səssiz olanda” bədii filmi “Qızıl minbər” Kazan Beynəlxalq Film Festivalının iştirakçıları sırasında yer alıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, festivalda Rusiya, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, Yunanıstan, Türkiyə, BƏƏ, Sinqapur, Tacikistan, Hindistan, Estoniya, Özbəkistan, Azərbaycan, Misir, İraq, Gürcüstan, Ermənistan, Latviya, Belarus, Fransa, Avstraliya, ABŞ, Kanada, Braziliya, Fələstin və Suriya istehsalı olan filmlər nümayiş olunur.

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanova həsr olunan filmin xronometrajı 71 dəqiqədir.

Ekran əsərində mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti göstərilib.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
ilk.az

3Mənbələr