AZ

İsrail Suriyanı atəşə tutub, ölənlər var

Yayımlandı: 9 Sentyabr 2024 15:01 Vurulan ərazilərdə silah istehsalı ilə məşğul olan iranlı hərbi ekspertlər qrupunun yerləşdiyi güman edilir  İsrailin Suriyaya endirdiyi zərbələr nəticəsində azı 14 nəfər ölüb. Bu barədə məlumatı Suriyanın dövlət mediası yayıb. “Reuters” yazır ki, bazar günü axşam saatlarında İsrailin Suriyanın Həma əyalətinin Masyaf şəhəri ətrafını hədəf alan çoxsaylı raket zərbələri nəticəsində azı 14 nəfər həlak olub. İki regional kəşfiyyat mənbəsi Misyaf yaxınlığında yerləşən kimyəvi silah istehsalı üzrə böyük hərbi tədqiqat mərkəzinin bir neçə dəfə vurulduğunu bildirib. Burada silah istehsalı ilə məşğul olan iranlı hərbi ekspertlər qrupunun yerləşdiyi güman edilir.Adətən Suriyadakı zərbələrlə bağlı konkret xəbərləri şərh etməyən İsraildən yenə dərhal şərh verilməyib. Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrail vətəndaşlarına və əsgərlərinə hücumundan sonra İsrail Suriyada İranın dəstəklədiyi milis hədəflərinə zərbələrini artırıb və həmçinin Suriya ordusunun hava hücumundan müdafiə vasitələrinə zərbələr endirib. “Bazar günü axşam saat 23:20 radələrində İsrail düşməni Livanın şimal-qərbi istiqamətindən hava hücumuna keçərək, mərkəzi regionda (Suriya) bir sıra hərbi obyektləri hədəfə alıb”, – hərbi mənbə SANA xəbər agentliyinə bildirib. “Bizim hava hücumundan müdafiə sistemlərimiz təcavüzün raketləri ilə qarşılaşıb və onların bəzilərini vurub”, – mənbə əlavə məlumat vermədən bildirib. SANA-ya istinadla yerli səhiyyə rəsmisi bildirib ki, zərbələr nəticəsində 43 nəfər yaralanıb. Onların içində vəziyyəti ağır olanlar var. Suriyanın dövlət mediası həmçinin bildirib ki, zərbələr iki yanğına səbəb olub və yanğınsöndürənlər onları söndürməyə çalışırlar. Qəzzada müharibə başlayandan bəri Suriyaya edilən ən səs-küylü hücumda, şübhəli İsrail döyüş təyyarələri aprel ayında İran səfirliyini bombalamışdı. Bu hücumda İran üç yüksək rütbəli komandir də daxil olmaqla, yeddi hərbi məsləhətçisinin öldürüldüyünü bildirib. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
xural.com

1Mənbələr