AZ

Bu dairələrdə ciddi pozuntular qeydə alınıb…..-Araşdırlıacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 3 dairədən daxil olan şikayətlərin araşdırılması üçün müşahidəçilər, namizədləri, səlahiyyətli nümayəndələri və medianı iştirakçılığa dəvət edib.

XALQ.AZ xəbər verir ki, M.Pənahov bu barədə bu gün keçirilən iclasda danışıb.

O qeyd edib ki, 22, 31, 78 saylı seçki dairələrindən şikayətlər ciddi araşdırılacaq.

Qeyd edək ki, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən Demokratik İslahatlar Partiyasının sədri  Asim Molllazadə seçilmiş namizəd elan olunub. 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaya Məmmədov  və 78 saylı Lənkəran kənd seçki dairəsindən isə Anar İskəndərov elan olunublar.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
20
xalq.az

10Mənbələr