AZ

Peskov: "Ukraynada sülh yolu ilə nizamlanma üçün ilkin şərtlər hələ görünmür"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması üçün real ilkin şərtlər hələ müşahidə olunmur".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov Almaniya kansleri Olaf Şoltsun Ukrayna münaqişəsi ilə bağlı danışıqlar məqamının yetişdiyi barədə sözlərini belə şərh edib.
"Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə gəlincə, hələ hansısa konturlar faktiki olaraq görünmür. Biz Avropa ölkələrindən müxtəlif bəyanatlar eşidirik, lakin əslində bütün bu prosesi idarə edən, bütün kollektiv Qərbi idarə edən ölkədən bu barədə bəyanatlar görmürük", - deyə Peskov bildirib.
Seçilən
149
50
oxu.az

10Mənbələr