AZ

Azərbaycanda "yaşıl" iqtisadiyyatın inkişafına yönəlik vergi güzəştləri tətbiq edilir

Bakı. Trend:

Azərbaycan hökuməti "yaşıl" iqtisadiyyatın inkişafını, xüsusəndə bərpa olunan enerji mənbələri və "yaşıl" texnologiyalarınyaradılması və istifadəsi sahəsində vergi güzəştləri tətbiqedir.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyininyanında Dövlət Vergi Xidmətinin rəis müavini Samira Musayeva Bakıdakeçirilən "Kiçik və orta biznesin yaşıl iqtisadiyyatda rolu"konfransında bildirib.

"Son 5 il ərzində Azərbaycanda enerji keçidini dəstəkləyən birsıra vergi güzəştləri tətbiq olunub. Bu, yalnız bərpa olunan enerjimənbələrin tikintisi ilə məhdudlaşmır, həmçinin elektrikliavtomobillərin və onların şarj cihazlarının alınması, 'yaşıl'texnologiyaların tətbiqi ilə bağlıdır", - Musayeva qeyd edib.

Eyni zamanda, İqtisadiyyat Nazirliyində istixana qazlarınıntullantılarının mənfi təsirini nəzərə alaraq, karbon vergiləri vəkarbon tariflərinin tətbiqi dəyərləndirilir.

"Bu baxımdan, Dünya Bankı, Asiya İnkişaf Bankı, İqtisadiƏməkdaşlıq və İnkişaf Təşkilatı və Harvard Universiteti ilə birsıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Azərbaycan "yaşıl"iqtisadiyyatın qurulması üçün vergi tənzimlənməsi ilə biznesinstimullaşdırılması arasında optimal balans axtarır. Bu səbəbdənbeynəlxalq təcrübə və ekspertiza ölkəyə davamlı iqtisadi inkişafüçün effektiv vergi strategiyası hazırlamağa kömək edəcək", -Musayeva əlavə edib.

Onun sözlərinə görə, dünyada fiskal sahədə karbon dioksidtullantılarını azaltmağa yönəldilmiş alətlərə böyük diqqətyetirilir.

"10 il əvvəl fiskal karbon tədbirləri dünya üzrə 7% təşkiledirdi, indi isə bu rəqəm 3 dəfə artıb. Bu, karbonqiymətləndirilməsi tətbiqinin istixana qazlarının tullantılarınıazaltmaq məqsədinə çatmaq üçün çox populyar olduğunu göstərir.Karbon kvotalarının ticarəti kimi maliyyə alətləri iqlimdəyişikliyinə uyğunlaşma proqramlarını maliyyələşdirmək üçünzəruridir", - Musayeva əlavə edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
4
az.trend.az

5Mənbələr