Bakı, 10 sentyabr, AZƏRTAC
İndoneziyanın Şimali Sulavesi əyalətində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 679 min nəfərin yaşadığı Filippinin Sarangani şəhərindən (Mindanao adası) 262 km cənub-şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.