Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminə baxılması üzrə danışıqların başladığını bildirib. Bu barədə o, Avropa Komissiyası başçısının müavini Marqarita Sxinasla görüşdə deyib. “Münasibətlərimizdə gözəçarpan dəyişikliklərin olmasından şadam: viza rejiminin liberallaşdırılması üzrə danışıqlar başlanır, Avropa Sülh Fondu Ermənistan Respublikasını dəstəkləmək qərarı verib, bunları yüksək qiymətləndiririk”, – Paşinyan deyib. O qeyd edib ki, Ermənistanda Aİ-yə üzv olmağın mümkünlüyü barədə müzakirələr davam edir. “Bu mövzuya detallı və kompleks şəkildə baxmaq lazımdır. Bu zaman Aİ-dəki tərəfdaşlarımızın müşahidələri və məsləhətlərinə qulaq asmaq vacibdir”, – baş nazir deyib. Aİ Şurasının mətbuat xidməti iyulda Ermənistanla vizasız rejimlə bağlı danışıqların rəsmən başladığını elan edib. Bloka üzv ölkələrin viza liberallaşdırılması üzrə dialoqu təsdiqləmək qərarı Ermənistan hökumətinin Qərblə yaxınlaşması, Rusiya ilə münasibətlərdə gərginliyin artması fonunda baş verir. İndiliksə Ermənistan vətəndaşlarının Avropa ölkələrinə viza alması çətinliklə başa gəlir. Yerevanda Yunanıstan, Avstriya, Litva və Xorvatiyaya viza verilən mərkəzlərdə böyük növbələr var. Ajiotaj hər gün yaranmasa da, bəzən vizaların verilməsi aylarla çəkir. AzadlıqRadiosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta