Azərbaycan Rəssamlıq Akademiyası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Rəssamlıq Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil edilir.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, “Azərbaycan Rəssamlıq Akademiyasının Nizamnaməsi” təsdiq edilib. Elm və Təhsil Nazirliyi bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Azərbaycan Rəssamlıq Akademiyasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
Mənbə: AZƏRTAC