AZ

Nazir müavini: Bir təhsilalana düşən təhsil xərcləri orta hesabla 25 faiz artırılıb

Ötən gün Nazirlər Kabineti ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qərara dəyişiklik edib.

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, bakalavr təhsil səviyyəsi üzrə hər təhsilalana düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz artırılıb, doktorantura səviyyəsi üzrə isə bu artım 60 faizdir:

“Bir bakalavr və magistrə düşən təhsil haqqı xərci təxminən 3 min manatdan çoxdur, doktorantura səviyyəsi üzrə isə bu xərc 4500 manatdan çoxdur”.

Nazir müavini əlavə edib ki, növbəti illərində bu artım təhsil müəssisələrinə münasibətdə daha səmərəli nəticəsini verəcək: “Hazırda 73 mindən çox tələbə var, onların yarısından çoxu dövlət hesabına təhsil alır ki, bu da universitetlərin maliyyələşdirilməsində artım deməkdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
14
apa.az

10Mənbələr