AZ

“Yelo Bank”da əmanət yerləşdir, daha yaşıl Bakı üçün addım at

“Yelo Bank”ın yeni əmanət aksiyası həm müştərilərə qazandırır, həm də təbiətə! 10 sentyabr - 31 oktyabr tarixləri ərzində Yelo Bank-da əmanət yerləşdirməklə 11%-dək parlaq gəlir qazana, həm də gözəl Bakımızın yaşıla bürünməsinə öz töhfəni verə bilərsən. Bu xoşməramlı aksiyaya qatılmaq üçün istər filialda, istərsə də onlayn qaydada əmanət yerləşdirmək və aksiya müddəti boyunca aktiv saxlamaq kifayətdir. Bu təşəbbüsə qoşulan əmanətçilərə Yelo App vasitəsilə onlayn ekosertifikat göndəriləcək. Aksiyanın bitdikdən sonra Bankın əməkdaşlarının iştirakı ilə keçiriləcək tədbirdə ekosertifikat almış müştərilərin adına ağac əkiləcək. Qeyd edək ki, Yelo Bank-da açılan 100 000 manatadək əmanət məbləği Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.

Bankın bu aksiyanı həyata keçirməkdə əsas məqsədi Yaşıl Dünya Naminə Həmrəylik ilinə və tezliklə baş tutacaq COP29 tədbirinə dəstək olmaq və ətraf mühiti qorumaqdır. Əgər bu təşəbbüsdə sənin də bir payın olsun istəyirsənsə, Yelo Bank-da əmanət yerləşdir: https://bit.ly/3AZlic7

Bank xidmətləri (https://www.yelo.az/az/individuals/deposits/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Seçilən
72
27
qafqazinfo.az

10Mənbələr