AZ

Türkiyənin kənd təsərrüfatı məhsulları ixracı 4,5 % artıb

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin kənd təsərrüfatı məhsulları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 23 milyon 176 min 460 dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu ilin avqust ayında Türkiyə 2 milyon 862 min 797 dollar məbləğində kənd təsərrüfatı məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,2 faiz çoxdur.

Son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə, 36 milyon 82 min 239 dollar məbləğində kənd təsərrüfatı məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
fins.az

3Mənbələr