AZ

Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib

Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib

Naxçıvan şəhərində muxtar respublika təhsil işçilərinin sentyabr konfransı keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucaldılan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Sonra qonaqlar Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponantlarla tanış olublar.

Konfransda Azərbaycanın elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.

Tədbirdə rəsmi çıxışlar olub, bədii kompasiziya nümayiş etdirilib.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
ilk.az

3Mənbələr