AZ

Sanksiyalar olacaq: ABŞ İran raketlərinin Rusiyaya ötürülməsini təsdiqləyib

ABŞ dövlət katibi Antoni Blinken İrandan Rusiyaya ballistik raketlərin çatdırılmasının baş tutduğunu bildirib.

“Biz İrana açıq şəkildə xəbərdarlıq etdik, özəl olaraq İrana bu addımın təhlükəli eskalasiya olacağı barədə xəbərdarlıq etdik. İndi də Rusiya bu raketlərin tədarükünü alıb”, – Blinkenin sözlərini “The Washington Post” yazır.

Onun sözlərinə görə, çərşənbə axşamı ABŞ Rusiyaya raket tədarükünə cavab olaraq İrana qarşı, o cümlədən İran Hava Yollarına qarşı yeni sanksiyalar elan edəcək. ABŞ tərəfdaşları da öz tərəfdən sanksiyalar hazırlayır.

Blinken əlavə edib ki, Rusiya çox güman ki, bir neçə həftə ərzində bu təchizatdan istifadə edəcək.

İran rəsmiləri bu həftə Rusiyaya silah göndərdiklərini təkzib ediblər.

 

Nigar

 

Seçilən
162
25
oxu24.com

10Mənbələr