“Sabah” yarımmüdafiəçi İldar Alekperovla yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İldar 2021-ci ildən “Sabah”ın üzvü idi. O, ötən mövsümün ikinci yarısında icarə əsasında "Araz-Naxçıvan"da çıxış edib.