AZ

Bakıda bu məktəb hər an UÇA BİLƏR - Şagirdlərin həyatı təhlükədə - FOTO

Təhsil müəssisələrində dərslırin başlamasına sayılı günlər qalıb. Bir çox məktəb təmirli və hazır vəziyyətdə öz şagirdlərini gözləsə də bəziləri hələ də uçuq- sökük vəziyyətdədir. Belə məktəblərdən biri də Xırdalan şəhər 2 nömrəli məktəbdir.

Turkustan.az xəbər verir ki, bu təhsil müəssisəsinin vəziyyəti şagirdlərin təhsil alması üçün qətiyyən yararlı deyil.

Jurnalist Elnurə Abuşova bununla bağlı sosial media hesabında paylaşım edib.

Fotolardan da aydın görünür ki, məktəbin təcili təmirə ehtiyacı var. Əks halda uçuq-sökük vəziyyətdə olan bina şagirdlərin həyatına təhlükə yaradır. /Musavat.com/

Seçilən
143
2
turkustan.az

10Mənbələr