AZ

"Biz Təhlükəsizlik Şurası vasitəsilə əməkdaşligi genişləndirməyə hazırıq"-Şoyqu

 Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə işgüzar görüş keçirib.Avropa.info xəbər verir ki, Şoyqu Moskva və Tehran arasında yeni dövlətlərarası sazişin ən yüksək səviyyədə imzalanmasına hazırlıq üçün zəruri olan dövlət prosedurlarını tamamladıqlarını bildirib.“Biz Təhlükəsizlik Şurası vasitəsilə əməkdaşlığı genişləndirməyə hazırıq. Ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların praktiki icrasına nəzarəti davam etdiririk. Rusiya və İran prezidentləri tərəfindən imzalanacaq sənədlərin hazırlanması üçün lazım olan daxili dövlət prosedurlarını tamamlayırıq. İranın BRİKS-ə qoşulması vahid və bölünməz strateji təhlükəsizlik arxitekturasının və ədalətli çoxmərkəzli dünya nizamının formalaşdırılması üçün əlavə imkanlar yaradıb”, – deyə Şoyqu vurğulayıb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
avropa.info

3Mənbələr