AZ

PAŞİNYAN RUSİYANIN “QIRMIZI XƏTLƏRİNİ” ZORLAYIR - Moskva bu oyunbazlığa nə qədər dözəcək?

Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması realdırmı?

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminə baxılması üzrə danışıqların başladığını bəyan edib. Bu barədə o, Avropa Komissiyası başçısının müavini Marqarita Sxinasla görüşdə deyib.

"Münasibətlərimizdə gözəçarpan dəyişikliklərin olmasından şadam: viza rejiminin liberallaşdırılması üzrə danışıqlar başlanır, Avropa Sülh Fondu Ermənistan Respublikasını dəstəkləmək qərarı verib, bunları yüksək qiymətləndiririk", – Paşinyan deyib.

O, qeyd edib ki, Ermənistanda Aİ-yə üzv olmağın mümkünlüyü barədə müzakirələr davam edir.

"Bu mövzuya detallı və kompleks şəkildə baxmaq lazımdır. Bu zaman Aİ-dəki tərəfdaşlarımızın müşahidələri və məsləhətlərinə qulaq asmaq vacibdir", – Ermənistanın Baş naziri deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
azpolitika.info

3Mənbələr