AZ

SİMA-da hər gün 40000 nəfər uğurla qeydiyyatdan keçir

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü iltarixli Fərmanı ilə Əmək Məcəlləsində edilən dəyişikliyə əsasənölkəmizdə əmək müqavilələri və əmək müqaviləsinə ediləndəyişikliklər gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonrahüquqi qüvvəyə minir.

Müqavilələrin imzalanması Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin(MEİS) “Əmək və məşğulluq” altsistemi (ƏMAS) platforması üzərindənSİMA rəqəmsal imza, Elektron imza (SİMA Token) və Asan imza iləhəyata keçirilir.

SİMA rəqəmsal imza vətəndaşlar üçün rahat və iqtisadi cəhətdənsərfəli bir vasitədır. “SİMA İmza”nı əldə etmək üçün hansısamüəssisə və təşkilata getməyə, hər hansı ödəniş etməyə ehtiyacyoxdur. Vətəndaşlar onlayn qaydada, sadəcə smartfonlarına “SİMAİmza” tətbiqini yükləyib qeydiyyatdan keçməklə rəqəmsal imzanı əldəetmiş olur və əmək müqaviləsini istənilən vaxt, istənilən yerdəimzalaya bilirlər.

“SİMA İmza”nın ƏMAS platformasına inteqrasiyası vətəndaşlarınkütləvi şəkildə elektron imza almaq üçün xidmət məntəqələrinəgetməsinin, uzun və yorucu növbələr yaranmasının qarşısınıalıb.

Statistikaya əsasən son 1 həftə ərzində ƏMAS platformasında 150mindən çox əmək müqaviləsi “SİMA İmza” ilə imzalanıb. Hər güntəxminən 40000 nəfər tətbiqdə uğurla qeydiyyatdan keçir.

Lakin bəzi hallarda vətəndaşların şəxsi smartfonunun olmaması vənəticədə “SİMA İmza”dan istifadə edə bilməməsi halları yaşanır. Bucür hallarda işəgötürənin öz əməkdaşını digər üsullarla elektronimza ilə təmin etməsi məqsədəuyğun hesab edilir. Bununla belə,“AzInTelecom” MMC smartfonu olmayan vətəndaşlara dəstək məqsədidaşıyan rəqəmsal imza həlli hazırlayır.

Eyni zamanda SİMA İmza tətbiqində qeydiyyatdan keçən zaman birsıra şəxslərin çətinliklə üzləşdikləri də müşahidə edilir. SİMAİmza tətbiqində qeydiyyat vətəndaşın şəxsiyyət vəsiqəsindəkişəklinin biometrik üz cizgiləri ilə eyniləşdirilməsi nəticəsindəaparılır. Odur ki, biometrik qeydiyyat zamanı cihazın ekranınaarxadan və kənardan işıq düşdükdə, sifət aydın görünmədikdə, üzübağlayan vasitələr olduqda, estetik əməliyyatlar nəticəsində simadamüəyyən dəyişikliklər edildikdə problemlər yaranır.

Qeydiyyat prosesində həmçinin biometriya və süni zəka tətbiqolunur. Bu da başqasının əvəzinə qeydiyyatdan keçmək hallarınınqarşısını alır.

SİMA İmza tətbiqində qeydiyyat prosesi ilə aşağıdakıvideomaterialda ətraflı tanış ola bilərsiniz:

https://youtu.be/XWvnIORg1_E?si=2wCiaZSs22Fqu1Et

Əlavə olaraq, biometrik qeydiyyat zamanı aşağıdakıvideomaterialda qeyd edilən məqamlara diqqət etməyiniz xahişolunur:

https://youtu.be/e_IdYfgv5h4?si=Pk-roEfUhHKZiNur

“SİMA İmza” tətbiqində qeydiyyatla bağlı 157 Zəng Mərkəzinə,alternativ olaraq SİMA-nın sosial media platformalarındakısəhifələrinə müraciət edə bilərsiniz. Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiyasisteminin “Əmək və məşğulluq” altsistemi ilə bağlı sual yarandıqdaisə “DOST Çağrı Mərkəzi 142”yə müraciət etmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
25
az.trend.az

10Mənbələr