Bu gün, 13:24
ABŞ-nin Azərbaycandakı Səfirliyi 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda terror aktları zamanı həlak olan şəxslərin xatirəsini yad edib.Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.“Bu gün səfir Mark Libbi başda olmaqla, ABŞ səfirliyinin əməkdaşları Nyu-Yorkda 11 sentyabr hücumlarında həlak olmuş 2977 günahsız insanın xatirəsini yad etmək üçün toplaşıblar. Birləşmiş Ştatlar tariximizin bu faciəli anında göstərdiyi dəstəyə və yardım təklifinə görə hər zaman Azərbaycana minnətdar olacaq”, - deyə paylaşımda qeyd olunub.скачать dle 12.1
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta