AZ

Peskov: Putinin Türkiyəyə səfərinə çoxdandır hazırlıq gedir

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə çoxdandır hazırlıq gedir.

"Operativ Mmedia" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ümid edirik ki, səfər hazırlıq işləri bitəndən sonra baş tutacaq. Uzun müddətdir hazırlıqlar gedir. Bu, hər iki paytaxtda gözlənilən səfərdir. Bu baş verərsə, Kazanda BRİCS sammitində iki prezident arasında təmasların olmasını səbirsizliklə gözləyirik, lakin ümid edirik ki, belə bir fürsət yaranacaq. Bir qayda olaraq, biz prezidentimizin səfərlərinin bütün təfərrüatlarını açıqlamırıq, onlar qapalı xarakter daşıyır. İndi də bunu etməyəcəyik", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, "Middle East Eye" Putinin Türkiyəyə səfər etmək üçün Rusiya qırıcılarının müşayiətini tələb etdiyini yazıb. Nəşrin yazdığına görə, Rusiya Prezidenti Türkiyəyə gedərkən, təyyarəsinin döyüş təyyarələri ilə müşayiət olunmasını istəyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
2
operativmedia.az

10Mənbələr