AZ

Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda günahlandırır

Yayımlandı: 11 Sentyabr 2024 13:17 Yerevan birgə mexanizmlə bağlı hələ də Bakıdan cavab gözlədiyini deyir Azərbaycan Ermənistanı atəşkəsi pozmaqda ittiham edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Nazirlik qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüldüyünü qeyd edib. Amma Ermənistan Müdafiə Nazirliyi xəbəri təkzib edib. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin Naxçıvanda Azərbaycan mövqelərini atəşə tutması ilə bağlı Bakının məlumatı doğru deyil. Yerevan bir daha xatırladıb ki, əvvəllər Ermənistanın Baş nazirinin ofisi Bakıya atəşkəs rejiminin pozulması hallarının və ya onlar haqqında məlumatların araşdırılması üçün birgə mexanizm yaratmağı təklif etsə də, Azərbaycan, hələ ki, cavab verməyib. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
xural.com

1Mənbələr