AZ

3 gün əvvəl xəsarət alan azyaşlı xəstəxanada öldü

Cəlilabadda 3 gün əvvəl yanğın baş verən evdə xəsarət alan uşaq ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayonunun Azərbaycan küçəsində fərdi yaşayış evində yanğın zamanı xilas olunan 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakı şəhərində xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, sentyabrın 8-də baş verən yanğın zamanı azyaşlı evdə yatmış halda olub. Hadisə yerinə gələn FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Xəstəxanadan 2019-cu il təvəllüdlü uşağın tüstüdən zəhərləndiyi bildirilmişdi.

 

İlkin yardım göstəriləndən sonra azyaşlı Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
9
modern.az

10Mənbələr