Bakı. Trend:
Azərbaycanın Niderland Krallığındakı səfirliyi və Niderlandıniqlim elçisi Xayme de Börbon de Parmenin birgə təşkilatçılığı iləBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş konfranskeçirilib.
Trend-in məlumatına görə, səfir Rəhman Mustafayev konfransdaBakının ev sahibliyi edəcəyi COP29-un prioritetləri, Azərbaycanıntəşəbbüsləri və iqlim strategiyası, eləcə də Azərbaycan–Niderlandticarət və investisiya əlaqələrinin genişlənməsi imkanları haqqındageniş təqdimat edib.
Tədbirdə Niderlandın 100-ə yaxın özəl sektor nümayəndəsi, Xariciİşlər, İqlim Siyasəti və Yaşıl İnkişaf, İnfrastruktur və Suİdarəçiliyi nazirliklərinin, Niderland İnkişaf Bankının (FMO)üzvləri, Niderlandın BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasında (UNFCCC) nümayəndə heyətinin rəhbəri, həmçininNiderland–Britaniya Ticarət Palatasının nümayəndələri iştirakediblər. Konfransda Niderlandın özəl sektorunun COP29-da iştirakimkanları və prioritetləri müzakirə edilib. Tədbir fikir mübadiləsiilə davam edib.