AZ

Haaqada COP29-a həsr edilmiş konfrans keçirilib

Haaqada COP29-a həsr edilmiş konfrans keçirilib

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin və bu ölkənin iqlim elçisi Xayme de Börbon de Parmenin birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr edilmiş konfrans keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, səfir Rəhman Mustafayev konfransda Bakının ev sahibliyi edəcəyi COP29-un prioritetləri, Azərbaycanın təşəbbüsləri və iqlim strategiyası, eləcə də Azərbaycan – Niderland ticarət və investisiya əlaqələrinin genişlənməsi imkanları haqqında geniş təqdimat edib. Tədbirdə Niderlandın 100-ə yaxın özəl sektorunun nümayəndələri, Xarici İşlər, İqlim Siyasəti və Yaşıl İnkişaf, İnfrastruktur və Su İdarəçiliyi nazirliklərinin, Niderland İnkişaf Bankının (FMO) üzvləri, Niderlandın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında (UNFCCC) nümayəndə heyətinin rəhbəri, Niderland - Britaniya Ticarət Palatasinin nümayəndələri iştirak ediblər. Konfransda Niderland özəl sektorunun COP29-da iştirak imkanları və prioritetləri müzakirə edilib. Konfrans fikir mübadiləsi ilə davam edib.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
7
ilk.az

7Mənbələr