AZ

BDU-da “Gənc proqramçılar” müsabiqəsi keçirilib

BDU-da “Gənc proqramçılar” müsabiqəsi keçirilib

Gənclər Fondunun dəstəyi, Bakı Dövlət Universiteti (BDU) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Gənc proqramçılar” adlı proqramlaşdırma müsabiqəsi keçirilib.

Universitetdən AZƏRTAC-a verilən məlumat görə, müsabiqədə ölkənin müxtəlif universitet, kollec və orta ümumtəhsil müəssisələrindən təhsilalanlar iştirak ediblər. Gənclər məntiqi, nəzəri, cəld kodlama və proqramlaşdırma bilikləri üzrə mübarizə aparıblar.

Müsabiqənin nəticələrinə əsasən, “The Compilers” komandası I, “Frack” komandası II, “Enigma” komandası isə III yerə layiq görülüb. Qaliblər kubok, medal və sertifikatlarla təltif olunublar.

Müsabiqənin keçirilməsində məqsəd gənclər arasında proqramlaşdırmaya olan marağı artırmaq, onların bu istiqamətdəki bacarıqlarını inkişaf etdirməkdir.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
ilk.az

2Mənbələr