AZ

“Tarixdə bu gün” - 12 sentyabrda yadda qalan günlər...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

12 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Düşmənin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib:

 

Ermənistanın məhz bu əməli və genişmiqyaslı təxribatı Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində döyüş toqquşmasına səbəb olub.

Ordumuzun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.

 

Azərbaycan Ordusu düşmənə layiqli cavab verib. Sərhəddə baş verən bu hərbi toqquşma nəticəsində Ermənistan silahlı qüvvələri ciddi itkilərə məruz qalıb.

 

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 12-14 sentyabr döyüşləri zamanı Ordumuzun 80 hərbi qulluqçusu şəhid olub, 282 döyüşçümüz isə yaralanıb.

 

12 sentyabr 1940-cı il tarixində Fransadakı 4 gənc 17 min illik rəsmlərin olduğu Laskou mağarasını  kəşf edib:

 

1979-cu ildə YUNESCO tərəfindən Dünya İrsi Siyahısına daxil edilən Laskou mağarasında 600-dən çox divar rəsmi var.

 

12 sentyabr 1887-ci ildə görkəmli yazıçı, Azərbaycan ədəbiyyatında tarixi, tarixi-fəlsəfi roman janrlarının banisi Yusif Vəzir Çəmənzəminli anadan olub.

 

12 sentyabr 2004-cü ildə Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə vəfat edib:

 

O, C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, H.Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib

Seçilən
8
azedu.az

1Mənbələr