AZ

Hüseyn Abdullayevin anası Prezidentə müraciət edib

Sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva həbsdə olan oğlunun məsələsini diqqət saxlanılmasını Prezidentdən xahiş edib. Bu barədə Abdullayeva gününsesi.infoya açıqlamasında deyib. 
 
O bildirib ki, Hüseyn Abdullayev onunla da görüşdən imtina edib. 
 
"Mən media vasitəsilə cənab Prezidentdən xahiş edirəm ki, bu işə diqqət göstərsin. Oğlum hər gün ölümə sürüklənir. Çıxılmaz durumdayıq. Normal qida qəbul etmir. Mən hər gedəndə yalvarıram, ürək-dirək verirəm.  İndi isə mənimlə də görüşmür”, - o əlavə edib. 
 
Martın 7-də Hüseyn Abdullayeva qarşı cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqaallaşdırılması maddəsi ilə yeni cinayət işi açılıb. 
 
Sabiq deputat 2018-ci il altı il müddətində azadlıqdan məhrum edilib. Onun həbs müddəti bu ilin aprelində bitirdi. Lakin yeni cinayət ittihamı ilə əlaqədar Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs tədbiri seçib. 

Hüseyn Abdulayev 2005-ci il Milli Məclisin deputatı seçilib. 2007-ci il Nazirlər Kabinetinin qərarına etiraz edərək hesabata qarşı çıxıb. Bundan sonra Milli Məclisin fövqəlada iclası çağırıılıb və onun mandatı əlindən alınıb. 
 
2012-ci Almaniyaya mühacir kimi gedib və bil sonra beynəlxalq axtarışa verilib. 
 
2018-ci il Abdullayev Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
anews.az

2Mənbələr