Ukrayna ABŞ-nin Rusiya ərazisinə hücumuna icazə verdikdən sonra terror aktlarını davam etdirəcək və çox güman ki, sosial obyektlərə hücum edəcək.
Qaziler.az “İzvestiya”ya istinadla bildirir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskovsəsləndirib. Onun sözlərinə görə, Qərb bu vasitə ilə hərbi əməliyyatları “sonuncu ukraynalıya qədər” davam etdirməyə çalışır.
“Bu, kollektiv Qərb ölkələrinin münaqişəyə cəlb olunma dərəcəsini əhəmiyyətli dərəcədə artırır və Rusiyanın reaksiyasına səbəb olacaq”, - deyə o vurğulayıb.
QAZİLER.AZ