AZ

Amerikapərəst liderin fiaskosu: solçular məğlub oldu

Yunanıstanda ana müxalifət partiyası olan SİRİZA-nın qalmaqallı lideri Stefanos Kasselakis vəzifəsindən azad olunub. Baş nazir Kriyakos Mitsotakisə qarşı seçkilərdə uduzan sabiq baş nazir Aleksis Tsiprasın yerinə SİRİZA lideri təyin edilən Kasselakis 163 əleyhinə, 123 lehinə səslə sədrlik postunu itirib.

Publika.az xəbər verir ki, ABŞ-dakı şirkəti, homoseksual evliliyi və liberal siyasəti ilə qalmaqalın mərkəzində olan Kasselakis ölkəsində solçuları ləğv etməyə çalışmaqda ittiham olunurdu. Bir müddət əvvəl Kasselakis üzündən ikiyə bölünən SİRİZA-nın bundan sonra yolunu necə davam etdirəcəyi müzakirə edilir.

Yunanıstanın iqtisadi böhrandan çıxması zamanı iki müddət idarə edən “Radikal Sol Koalisiya” SİRİZA-da Kasselakisə qarşı çıxan bir qrup da son aylarda ləğv edilib. Ləğvetmə qərarından sonra SİRİZA-nın növbəti üç ay ərzində növbədənkənar qurultay keçirəcəyi açıqlanıb.

Qərardan sonra ilk açıqlaması "azad oldum" olan Kasselakis yenidən liderlik yarışına girib-girməyəcəyi ilə bağlı heç bir məlumat verməyib. İctimai rəy sorğuları 2015-2019-cu illərdə Yunanıstanı idarə edən partiyanın indi hakimiyyət hədəfindən çox uzaq olduğunu göstərir. Kasselakis vəzifəyə gələndən bəri avtokratik münasibətinə görə partiyanın mərkəzi komitəsinin bir çox üzvləri tərəfindən tənqid edilib.

Kasselakis ölkədə “Mitsotakisi məğlub edə bilən tək mənəm” şüarı ilə ortaya çıxıb. O, seçkidə məğlubiyyətə uğrayan SİRİZA-nın ümidinə çevrilməyi bacarıb. Ancaq son ümumi seçkilərdə partiya böyük məğlubiyyətə uğrayıb.

Seçilən
109
publika.az

1Mənbələr