2024-cü ildə dünyada insanlar arasında quş qripinə yoluxma hallarının sayı ötən illə müqayisədə artıq 2 dəfə çoxdur. Hazırda onlardan 25-i qeydə alınıb, o cümlədən 2 ölüm halı var.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu məlumatı Rusiya Səhiyyə Nazirliyinin Qrip Elmi-Tədqiqat İnstitutunun direktoru Dmitri Lioznov öz hesabatında verib.
Hesabatda bildirilir ki, qlobal miqyasda, 2023-cü ildə 12 yoluxma hadisəsi olub, 4-ü ölümlə nəticələnib, 2024-cü isə 25 yoluxma halı baş verib, onlardan 2 ölümcül olub.
Lioznov vurğulayıb ki, yeni pandemiyanın qaçılmaz olduğunu və bunun qrip pandemiyası olacağını istisna etmək olmaz. Ekspertin sözlərinə görə, quş qripinin Rusiyada dolaşan xəstəliyə çevrilmə ehtimalı yüksəkdir.
Musavat.com