Yaroslavla gedən tanker Kostromada dəmir yolu körpüsünə çırpılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Yaroslavla gedən tanker Kostromada Volqa üzərindən keçən dəmiryol körpüsünə çırpılıb. Toqquşma qatarın körpüdən hərəkətində ləngimələrə səbəb olmayıb.
Tatarıstandan gələn tanker Kostroma-Novaya-Kərimovo hissəsində körpüyə çırpılıb.
Hazırda dəymiş ziyanın məbləği hesablanır və faktla bağlı ilkin araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az