AZ

Aybəniz Haşımova bacısı ilə duet ifa edəcək

Xalq artisti Şahnaz Haşımova yubileyi münasibətilə Gəncədə konsert verəcək.
 
AZXEBER.COM xəbər verir ki, bu haqda onun bacısı, Əmkdar artist Aybəniz Haşımova məlumat verib.
 
Onun sözlərinə görə musiqili gecə 5 Oktyabrda Gəncə Filarmoniyasında baş tutacaq.
 
Gecədə Əməkdar artist Aybəniz Haşımova bacısı ilə duet ifa edəcək. 
 
Hisslərini bölüşən Əməkdar artist: \"Şahnaz xanım deyir ki, gəl konsert üçün bir duet hazırlayaq. Mahnının adını deməyəcəm, qoy sirr olsun. Onunla məşq də elədik. Şahnaz xanım oxuyur, mən isə ürəyimdə düşünürəm ki, görən necə ifa edim ki, ifamı bəyənsin?! Elə bilirdim böyümüşəm mən, sən demə, onunla bir ifa edəcək qədər hələ böyüməmişəm. Hələ də, həyacan basır, ürəyim titrəyir, soyuq tər aparır məni. Az qalıram deyim ki, qadan alım, mənə icazə ver, elə zaldaca əyləşib səni dinləyim. Bu həyacan niyə getmir məndən? Elə, yeni sənətə başlayan dövrdə necə idim, indi də gördüm ki, belədir. Deməli,yaşın artmasının bu işlə heç əlaqəsi yox imiş. Şövkət xanım, Şahnaz xanım qarşısında illər keçsə də bu vəziyyət dəyişməz olaraq qalıbmış. Amma çarə yoxdur, oxumalıyam!\" deyə o qeyd edib.
 
Aysel
 

 

Seçilən
74
azxeber.com

1Mənbələr