AZ

Frank Şvabe əl açıb, yolçuluq edir- ÖZƏL

"Azərbaycan öz  torpaqlarını işğaldan azad etməkdən ötrü olduqca çətin, məşəqqətli, lakin nəticəyönümlü bir yola çıxdı. Bu məqsədlə dövlətimiz siyasi, iqtisadi, hərbi-texniki, eyni zamanda ideoloji baxımdan koordinasiyalı işlərə başladı". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Qeyd olunmalıdır ki, elə yolun başlanğıcından etibarən Qərb təsisatları tərəfindən təzyiqlərə, təhdidlərə, hədə və böhtanlara məruz qaldıq. Bu baxımdan o vaxtdan bu günə qədər xalqımız özündə bu tipli yanaşmalara qarşı sanki dözümlülük və immunitet formalaşdırmağa başladı. Azərbaycanlıların mədəni simasını dünyada vəhşi obrazı ilə təqdim edən dairələrə sübut etdik ki, reallıqla, uydurulan yalan arasında uçurum qədər fərq var. Bu məqsədlə paytaxtımız bir sıra qlobal siyasi, iqtisadi, mədəni tədbirlərə yüksək səviyyədə evsahibliyi etdi. Dövlətimiz həm də onun fərqində idi ki, Qərbin qərəzini qırmağın, düzgünlüyü dünyaya çatdırmağın yollarından da biri məhz bu addımdır. Eurovision, Avropa Oyunları, İslam Oyunları, Formula-1 kimi nəhəng tədbirlər zamanı ölkəmizə təşrif buyuran dövlət və hökumət başçılarından tutmuş sadə turistlərə qədər hər kəs Azərbaycan reallıqlarının, azərbaycanlı xislətinin gərçək simasının əyani şahidi oldu. Çünki məhz bu tədbirlər zamanı Qərb media resurslarında ölkəmizə qarşı geniş anti-Azərbaycan təbliğatı hökm sürürdü. Bu gün də dəyişən bir şey yoxdur. Qərb təsisatları və ələ baxan siyasi fiqurlar eyni dəst-xəttlə Azərbaycana qarşı geniş qarayaxma kampaniyası aparır. Erməni lobbisinin yolu eyni yol olsa da, yolçusu yenidir. Belə ki, bu dəfə istifadə olunan Frank Şvabedir. O Şvabe ki, bir dəfə də olsun azərbaycanlıların pozulan hüquqları ilə bağlı danışmazkən, ermənilərin aqibəti haqqında dərindən narahat olmuşdur. Bu narahatlığı tərpədən isə erməni lobbisindən axan pullardır. Lobbiyə isə fərqi yoxdur, Şvabe, ya qeyrisi. Pulu ver, zurnanı çaldır. Bir sözlə, Şvabe, həqiqətən də əl açıb, yolçuluq edir. Qərb siyasi elitası üçün də fərqi yoxdur. İndi də Şvabeden istifadə edib, atacaq bir kənara. Məsələ ondan ibarətdir ki, Qərbin "insan haqları", "demokratiya", "siyasi məhbus" ifadələri ən sevimli təzyiq vasitələridir. Lakin Qərb təsisatları unudurlar ki, torpaqlarımız işğal altında olanda da, Zəfərdən sonra da onların etmədikləri və etdikləri heç nəyi unutmamışıq. Xalqımız Qərbin simasına yaxşı bələddir. Odur ki, xalqımız nə bu cür ucuz adamlara, nə də şoulara özü rəvac vermir. Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi hər belə təzyiqdən sonra daha da möhkəmlənir. Digər beynəlxalq tədbirlər kimi COP29-un da Azərbaycanın mədəni simasına layiq şəkildə keçirilməsi üçün xalqımız Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında daha da sıx birləşib".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
olaylar.az

1Mənbələr