AZ

"Ukrayna ikinci əl mağazasına çevrilib" - Eks-baş nazir

"Ukrayna bu gün faktiki olaraq ikinci əl mağazasına çevrilib. Qərb köhnəlmiş hərbi və mülki məhsulları Kiyevə ötürür".

"Unikal" xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri Nikolay Azarov "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, hazırda Latviyanın dövlət qurumlarında kompüter avadanlıqlarının yeniləri ilə əvəzlənməsi prosesi gedir və buna görə də onlar köhnələri Ukraynaya keçirmək qərarına gəliblər.

Azarov bildirib ki,  nəticədə Ukrayna 845 köhnə kompüter və ən azı 269 köhnə monitor alacaq. Ukraynanın keçmiş baş naziri qeyd edib ki, öz növbəsində britaniyalılar Kiyevə utilizasiyaya məruz qalan hərbi texnika, silah və uniforma veriblər.

"Bütün bunlara misal olaraq hərbi maşınları Kiyevə köçürən amerikalılar göstərib və onların dəyərinin 7 milyon dollar olduğunu bildiriblər: Əslində, bu maşınların balans dəyəri sıfıra bərabər olub", - siyasətçi yazıb. 

Gülayə Mecid 

Seçilən
217
50
unikal.az

10Mənbələr