ABŞ dövlət katibi Antoni Blinken və Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə keçirilən görüşdə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə ilə bağlı heç bir qərar qəbul etməyiblər.
Bu barədə çərşənbə günü ABC telekanalı Ukrayna prezidentinin məsləhətçisinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, uzun sürən görüş zamanı Zelenski Blinkenə Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından necə istifadə edə biləcəyi ilə bağlı “ətraflı plan” verib və mümkün hədəflərin siyahısını təqdim edib. Lakin rəsmi bu məsələ ilə bağlı heç bir qərarın verilmədiyini vurğulayıb.
Cavid