AZ

Niyə Çin avtomobillərini almayaq? – Ekspert AÇIQLADI

Bazarda Çin avtomobillərinə tələbat yüksəkdir. Amma keyfiyyəti ilə bağlı tənqidlər səslənir.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən nəqliyyat eksperti Rövşən Həsənov səbəbləri sadaladı.

Ekspertin sözlərinə görə, “Çin avtomobilləri bazarında ümumiyyətlə gündən-günə hər bir modelin yenilənməsi müşahidə olunur. Bu o deməkdir ki, Azərbaycana gəldikdə bunların servisi nə dərəcədə doğru olacaq?”

Ekspert bildirdi ki, “ilk öncə avtomobil aldıqda onun servisinə diqqət yetirmək lazımdır. Onun gözəlliyinə və digər parametrlərinə yox.
Bu aspektən yanaşaraq onu da vurğulamaq istərdim ki, nəqliyyat vasitəsi alındıqda mütləq onun dayanıqlı bir servisi, ehtiyyat hissələri mövcud olmalıdır ki, avtomobildə nasazlıq yarananda artıq 3 ay, 4 ay sifariş verib nəqliyyat vasitəsi duracaqda durub onun gəlib təmir olunması və yaxud da əvəz olunması gözlənilməsin”.

“Bu nöqteyi nəzərdən bunu Çin avtomobillərinin bütün markalarına şamil etmirəm. Bəzi elə brend Çin avtomobilləri var ki, hətta dünyanın ən yüksək brend avtomobilləri istehsalçıları ilə rəqabətə girmək imkanı var. Yəni alman, italyan, yapon brendlərini nəzərdə tuturam. Bəzilərini çıxmaq şərtilə Azərbaycan avtomobil bazarına daxil olan keyfiyyətsiz və aşağı qiymətə təqdim olunan avtomobillərin servisi və ehtiyyat hissələri Azərbaycan bazarında mövcud olmadığına görə və ümumiyyətlə dayanıqlı , təmirə tez-tez ehtiyacı olan Çin avtomobillərindən yan keçmək ən doğru yoldur”.

Seçilən
73
1
tribunainfo.az

2Mənbələr